ADIF-in əvvəlki fəaliyyəti ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib

ADIF-in əvvəlki fəaliyyəti ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib Bakı. 28 fevral. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) bundan əvvəlki fəaliyyəti Hesablama Palatasının iştirakı ilə yoxlanılıb və aşkar edilmiş nöqsanlar aktlaşdırılaraq hüquq-mühafizə orqanlarına müraciət edilib.
Maliyyə
28 Fevral , 2018 16:15
ADIF-in əvvəlki fəaliyyəti ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib
ADIF-in icraçı direktorunun müavini Vüqar Abdullayev / Report/ Firi Salim

Bakı. 28 fevral. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) bundan əvvəlki fəaliyyəti Hesablama Palatasının iştirakı ilə yoxlanılıb və aşkar edilmiş nöqsanlar aktlaşdırılaraq hüquq-mühafizə orqanlarına müraciət edilib.

“Report” xəbər verir ki, bu barədə Fondun icraçı direktorunun müavini Vüqar Abdullayev ləğv prosesində olan “Bank Standard” QSC-nin Kreditorlar Komitəsinin bu gün keçirilən iclasında məlumat verib.

“Yəqin ki, nəticələr barədə hüquq-mühafizə orqanları məlumat verəcəklər”, - deyə o qeyd edib.

V.Abdullayev “Bank Standard”dan təminatsız verilmiş kreditlərə görə əlavə 50 mln. manatlıq girov qoyulması barədə də danışıb: “Yəqin ki, əlavə girovları bundan sonra da əldə edəcəyik. Həmçinin Bankın xarici hesablardakı vəsaitləri də var idi. Oradan da, təxminən, 6,5 mln. manat pul əldə olunub”.

Son xəbərlər

Orphus sistemi