ADIF “Dəmirbank”ın əmanətçilərinə 27 mln. manatdan artıq kompensasiya ödəyib

ADIF “Dəmirbank”ın əmanətçilərinə 27 mln. manatdan artıq kompensasiya ödəyib Bakı. 8 fevral. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) 1-7 fevral tarixlərində ləğvedicisi olduğu “Dəmirbank” ASC-nin qorunan əmanətçilərinə 27 mln. manatdan artıq kompensasiya ödəyib.
Maliyyə
8 Fevral , 2018 09:26
ADIF “Dəmirbank”ın əmanətçilərinə 27 mln. manatdan artıq kompensasiya ödəyib

Bakı. 8 fevral. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) 1-7 fevral tarixlərində ləğvedicisi olduğu “Dəmirbank” ASC-nin qorunan əmanətçilərinə 27 mln. manatdan artıq kompensasiya ödəyib.

“Report” xəbər verir ki, bu barədə Fond məlumat yayıb.

Qeyd edək ki, kompensasiyalar ilk dəfə olaraq nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə, Bankın 26 filialında ödənilir. Əmanətçilər kompensasiya üçün 1 il müddətində müraciət edə bilərlər. 

Son xəbərlər

Orphus sistemi