ADIF "Dəmir Bank"ın kreditorlarına müraciət edib

ADIF "Dəmir Bank"ın kreditorlarına müraciət edib Bakı. 24 may. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu Dəmir Bank ASC-nin kreditorlarına müraciət edib.
Maliyyə
24 May , 2018 09:16
ADIF Dəmir Bankın kreditorlarına müraciət edib
0 : 00
0 : 00

Bakı. 24 may. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu "Dəmir Bank" ASC-nin kreditorlarına müraciət edib. 

"Report"un məlumatına görə, müraciətdə bildirilir ki, kreditorların qəbul və etiraz edilmiş tələblərinin siyahısının Bakı Apellasiya Məhkəməsi tərəfindən təsdiq edilməsi barədə ərizəsi üzrə etiraz edilmiş tələblərə dair dinləmələr iyunun 7-də, saat 15.20-da davam etdiriləcək.

Qurum tələblərinə etiraz edilmiş kreditorlarından tələblərini təsdiqləyən sübutları təqdim edərək məhkəmə iclasında iştirak etmələrini xahiş edir.

Son xəbərlər

Orphus sistemi