ADIF "Amrah Bank" və "Atabank"ın kreditorlarına müraciət edib

ADIF "Amrah Bank" və "Atabank"ın kreditorlarına müraciət edib Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu Amrah Bank və Atabank ASC-lərin kreditorlarına müraciət edib.
Maliyyə
350
9 May , 2020 12:37
ADIF Amrah Bank və Atabankın kreditorlarına müraciət edib

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu "Amrah Bank" və "Atabank" ASC-lərin kreditorlarına müraciət edib.

"Report"un məlumatına görə, müraciətdə deyilir ki, “Banklar haqqında” qanunun tələbləri nəzərə alınmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır.

Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:

- kreditorun adı və ünvanı;

- tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;

- tələbin təminatı olan girov (ipoteka) və yaxud zəmanət barədə məlumat.

Kreditorlardan xahiş olunur ki, iyulun 1-nə qədər tələblərinin qeydiyyata alınması üçün aşağıda qeyd olunan ünvanlara müraciət etsinlər:

- Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 36A, "Amrah Bank"ın baş ofisi;

- Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi, 102, “Atabank”ın baş ofisi; 

Orphus sistemi