ADİF-ə dövlət zəmanəti ilə 800 mln. manatlıq veksel verilib

ADİF-ə dövlət zəmanəti ilə 800 mln. manatlıq veksel verilib Fondun aldığı borcun böyük hissəsi faizlərdən azad edilib
Maliyyə
18 Aprel , 2017 11:45
ADİF-ə dövlət zəmanəti ilə 800 mln. manatlıq veksel verilib

Bakı. 18 aprel. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) “Bank Standard” QSC-nin qorunan əmanətçilərinə kompensasiya almaq üçün dövlətdən illik 0,15%-lə, 445 mln. manat borc alıb.

“Report”un məlumatına görə, bu barədə keçirdiyi mətbuat konfransında Azəraycan Əmanətlərin Sığortalanması Fondunun (ADİF) icraçı direktoru Azad Cavadov məlumat verib.

Onun sözlərinə görə, bundan başqa, rəhbərlik etdiyi qurum öncədən “Texnibank” ASC-ın qorunan əmanətçilərinə kompensiya ödəmək üçün 22 mln. manat , eləcə də “Parabank”, “Kredobank”, “Zaminbank” və “Dekabank” ASC-lərin qorunan əmanətçilərinə kompensasiya ödəmək üçün 100 mln. manat borc götürüb: “Həmin 22 mln. manatı yanvarda qaytardıq. Digər 545 mln. manat isə güzəşt müddətindədir. Həmin məbləğin 520 mln manatını dövlət 10 il müddətinə faizsiz kreditə çevirib. Qalan 25 mln. manat isə illik 0,15%-lə Fondun üzərindədir”.

A.Cavadov onu da qeyd edib ki, ADİF-in kapitallaşdırılması çərçivəsində Fonda dövlət zəmanəti ilə 800 mln. manatlıq veksel verilib: “Son nəticədə bu gün bizim kapitalımız 800 mln. manat hesab edilə bilər. Çünki istəniən vaxt həmin vekselləri nağd pula çevirə bilərik”. 

Son xəbərlər

Orphus sistemi