ADB Şimal-Cənub layihəsinin maliyyələşməsində iştirak edə bilər

ADB Şimal-Cənub layihəsinin maliyyələşməsində iştirak edə bilər Bank aprelin 15-dək "Asian Development Outlook" hesabatını açıqlayacaq
Maliyyə
29 Mart , 2017 10:26
ADB Şimal-Cənub layihəsinin maliyyələşməsində iştirak edə bilər

Bakı. 29 mart. REPORT.AZ/ "Asiya İnkişaf Bankının (ADB) missiyası Azərbaycanda olub. Yaxın günlərdə Şimal-Cənub layihəsinin maliyyələşdirilməsi imklanları ilə bağlı fikirlərimizi Azərbaycan hökumətinə, "Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbərliyinə çatdıracağıq". 

"Report"un verdiyi xəbərə görə, bunu ADB-nin Bakı ofisinin başçısı Nariman Mannapbekov bildirib. 

"Məbləği hələ ki, bilmirik. Təxmini məbləğ avqustdan sonra açıqlana bilər. Yaxın iki həftədə, aprelin 15-dək "Asian Development Outlook" hesabatı çap olunacaq. Azərbaycanla bağlı hissəsi də razılaşdırılıb və yaxın 2 həftədə açıqlanacaq", - deyə Bank rəsmisi əlavə edib.

Son xəbərlər

Orphus sistemi