ADB-nin Azərbaycan üzrə meneceri “Report”un qonağı olub - FOTO

ADB-nin Azərbaycan üzrə meneceri “Report”un qonağı olub - FOTO Bu gün Asiya İnkişaf Bankının (ADB) Azərbaycan üzrə meneceri Nariman Mannapbekov “Report” İnformasiya Agentliyinin ofisində olub.
Maliyyə
6 Sentyabr , 2019 17:07
ADB-nin Azərbaycan üzrə meneceri “Report”un qonağı olub - FOTO

Bu gün Asiya İnkişaf Bankının (ADB) Azərbaycan üzrə meneceri Nariman Mannapbekov “Report” İnformasiya Agentliyinin ofisində olub.

Qonaq Agentliyin baş redaktoru və İqtisadiyyat şöbəsinin əməkdaşları ilə görüşüb.

Baş redaktor Murad Əliyev görüşdə “Report”un fəaliyyət istiqamətləri barədə məlumat verib və bildirib ki, Agentlik dünyanın əsas maliyyə institutları, o cümlədən ADB ilə sıx əlaqələrə malikdir və bunun nəticəsidir ki, həmin qurumların xəbərləri mütəmadi olaraq saytda yayımlanır.

M.Əliyev bu əməkdaşlığın daha da genişlənəcəyinə ümidvar olduğunu qeyd edib.

ADB-nin Azərbaycan nümayəndəliyinin rəhbəri N.Mannapbekov təmsil etdiyi qurumun Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinin inkişafını dəstəklədiyini, bu ilin yayında Azərbaycan üzrə 5 illik Ölkə Tərəfdaşlıq Strategiyasını və 2019-2021-ci illəri əhatə edəcək yeni biznes planı təsdiqlədiyini bildirib. O, Azərbaycanla Bank arasında 20 illik tərəfdaşlığın ildönümünə həsr olunmuş hazırlıqlar barədə və gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan layihələr barədə məlumat verib.

Nümayəndəliyin rəhbəri ADB-nin “Report”la əməkdaşlıq etməkdə maraqlı olduğunu və bu əməkdaşlığın hər iki tərəf üçün əhəmiyyət kəsb etdiyindən əmin olduğunu qeyd edib.

Orphus sistemi