ADB “Dəmirbank”a ayrılan 20 mln. dolların taleyinə aydınlıq gətirib

ADB “Dəmirbank”a ayrılan 20 mln. dolların taleyinə aydınlıq gətirib Qurum “Dəmirbank”dakı 20 mln. dollarlıq kreditə görə xüsusi missiya göndərmək niyyətində deyil
Maliyyə
314
29 Dekabr , 2017 13:41
ADB “Dəmirbank”a ayrılan 20 mln. dolların taleyinə aydınlıq gətirib
Report

Bakı. 29 dekabr. REPORT.AZ/ “Dəmirbank” ASC əməliyyatları dayandırdıqdan sonra Asiya İnkişad Bankı (ADB) onun əsas kreditoru olaraq qalmaqda davam edir, amma Azərbaycan Bankınım əsas prioriteti öz depozitorları ilə işləmək olacaq”. Bunu “Report”un sorğusuna cavab olaraq ADB-nin mərkəzi ofisindən bildiriblər.

Qurum “Dəmirbank”a ayırdığı 20 mln. dollarlıq kreditə görə Azərbaycana xüsusi missiya göndərmək niyyətində deyil: "2015-ci ildə ADB “Dəmirbank”a 20 mln. dollar məbləğində borc ayırıb. “Dəmirbank”ın maliyyələşməsi ADB-nin Azərbaycan banklarının maliyyələşməsi, iqtisadiyyatın neft və qazdan asılılığın azaldılmasına və ölkədə kiçik və orta həcmli müəssisələrin inkişafına dəstək çərçivəsində həyata keçirilib. Hazırda ADB-nin Azərbaycana hansısa xüsusi missiyası planlaşdırılmır. Lakin Azərbaycan qanunvericiliyinə tam uyğun şəkildə rahat keçidi təmin etmək üçün ADB-in baş qərargahındakı əməkdaşları və Azərbaycandakı rezident missiyası vasitəsilə Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) və “Dəmirbank”ın rəhbərliyi ilə birgə işləyəcəklər”.

ADB həmçinin ölkədə olan digər banklara da ayırdığı kreditlərlə bağlı məlumat verib: “2006-cı ildən ADB ölkədəki maliyyə institutlarını dəstəkləmək üçün 8 kredit ayırıb və onların bəziləri geri qaytarılmayıb”.

Xatırladaq ki, dekabrın 22-də MBNP-nin Direktorlar Şurasının qərarı ilə “Dəmirbank”ın lisenziyası ləğv edilib.

Son xəbərlər

Orphus sistemi