Bakı. 15 noyabr. REPORT.AZ/ "Asiya İnkişaf Bankının (ADB) proqnozuna görə, bu il Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 2,5% azalacaq. Beynəlxalq Valyuta Fondunun (IMF) iqtisadi inkişafla bağl azalma proqnozu isə 2-4%-dir".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Asiya İnkişaf Bankının (ADB) vitse-prezidenti Vensay Canq (Wencai Zhang) deyib.
Onun sözlərinə görə, ADB Azərbaycana çətinlik çəkdiyi sahələrdəki problemlərin aradan qaldırılması üçün yardım edə bilər: "Hazırda maliyyə yardımı almaq üçün edilən müraciətin səbəbləri və ayrılacaq vəsaitin məbləği müzakirə edilir".
ADB rəsmisi onu da deyib ki, Direktorlar Şurasına (DŞ) 500 mln. dollar ayırması üçün müraciət edilib: "Bu vəsait əsasən iqtisadiyyatın şaxələndirilməsinə xərclənəcək. DŞ təklifə dekabrın ortasında baxa bilər. Amma gələn həftə dəqiq tarix bilinəcək".