ADB Azərbaycana yeni kredit təklif edib

ADB Azərbaycana yeni kredit təklif edib Layihə ilə bağlı faktaraşdırıcı missiyanın avqustda Azərbaycana gələcəyi gözlənilir
Maliyyə
3 Fevral , 2017 12:38
ADB Azərbaycana yeni kredit təklif edib

Bakı. 3 fevral. REPORT.AZ/ Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda dəmiryolu sisteminin yenidən qurulması üçün 200 mln. ABŞ dolları həcmində kredit ayırmağa hazırdır. “Report” xəbər verir ki, kredit “Dəmiryolu sektorunun İnkişaf Proqramı”nın icrası üçün ayrıla bilər.

Layihə ilə bağlı faktaraşdırıcı missiyanın bu il avqustun 1-11-i tarixlərində Azərbaycana gələcəyi gözlənilir. Sentyabrın 13-də isə Bankın menecmentinin qiymətləndirmə yığıncağının keçirilməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi