ADB Azərbaycan üzrə ÜDM proqnozunu artırıb, inflyasiya üzrə isə aşağı salıb - ƏLAVƏ OLUNUB

ADB Azərbaycan üzrə ÜDM proqnozunu artırıb, inflyasiya üzrə isə aşağı salıb - ƏLAVƏ OLUNUB İlk xəbər 13:17-də verilib
Maliyyə
25 Sentyabr , 2019 14:48
ADB Azərbaycan üzrə ÜDM proqnozunu artırıb,  inflyasiya üzrə isə aşağı salıb - ƏLAVƏ OLUNUB

İlk xəbər 13:17-də verilib

Asiya İnkişaf Bankı (ADB) bu il Azərbaycanda 2,6%-lik iqtisadi artım olacağını proqnozlaşdırır. 

“Report” xəbər verir ki, bu barədə Bankın açıqladığı “Asian Development Outlook 2019” yenilənmiş hesabatında deyilir.

ADB 2020-ci il üçün isə ÜDM proqnozunu 2,4% göstərib. 

Qeyd edək ki, bundan öncəki hesabatda ÜDM-ın artımı 2019-cü il üçün 2,5%, 2020-ci il üçün isə 2,7% göstərilmişdi.

Bundan əlavə Bank Azərbaycanın inflyasiya proqnozunu da yeniləyib. Belə ki, bu il üçün Azərbaycanda inflyasiya proqnozu 4%-dən 3,7%-ə qədər, 2020-ci il üçün isə 5%-dən 3,8%-ə qədər geriləyib.

Xatırladaq ki, 2018-ci ildə Azərbaycanda 1,4%-lik ÜDM artımı, 2,3%-lik inflyasiya qeydə alınıb.

***

Bildirilib ki, 2019-cu il üzrə artım proqnozunun artması qaz ixracının 20,3% artması ilə ümumi ixrac həcmlərinin genişlənməsi və daxili tələbatın artması ilə əlaqədardır.

2020-ci il üzrə proqnozun isə aşağı salınması qaz hasilatını stabil artım proqnozu ilə bağlıdır.

Bildirilib ki, iqtisadi artım yüksək daxili tələbatla əlaqədar olaraq 2018-ci ilin I yarısındakı 1,3% göstəricidən bu ilin I yarısında 2,4%-ə çatıb. Ən böyük neft platformasının planlaşdırılmış müvəqqəti hasilatı dayandırması səbəbindən neft hasilatı 3% azalsa da mədənçıxarmada 1,6% və emalda 13,5%-lik artım sayəsində sənaye 1,8% böyüyüb.

“Şahdəniz” qaz-kondensat yatağının tam hasilata başlaması ilə qaz hasilatı rekord həcmdə - 35% artıb. Xidmət sektoru nəqliyyatın 2,5%, pərakəndə ticarətin 2,8%, turizm və istirahətin 3,3% artımı ilə 3% artıb. Qeyd edilib ki, əlverişli hava şəraiti məhsul istehsalına müsbət təsir edib və kənd təsərürfatı istehsalı 13,1% artıb.

Hesabatda xatırladılıb ki, bu ilin I yarısında infyasiya ötən ilin müvafiq dövründəki 3%-dən 2,5%-ə düşüb. Ərzaq qiymətləri 2,7%, digər mallar üçün 1,3%, xidmətlər isə 3,2% artıb. İnflyasiyanın azalması ilə Mərkəzi Bank uçot dərəcəsini iyul ayında 8,25%-ə endirib.

Qlobal ərzaq qiymətlərində proqnozlaşdırılan enişin perspektiv təsiri, əməkhaqqı artımı və artan tələbat 2019-c u il üzrə inflyasiya proqnozunun yenilənməsinə səbəb olub.

2020-ci ildə ərzaq qiymətlərinin artmasının proqnozlaşdırılmasına baxmayaraq gələn il üçün inflyasiya proqnozu azaldılıb, çünki məcmu tələb artımının aşağı düşməsi gözlənilir.

Son xəbərlər

Orphus sistemi