"Accessbank" yeni kampaniyaya başlayıb

"Accessbank" yeni kampaniyaya başlayıb Yubiley kampaniyası çərçivəsində kreditin 3 ayının faizləri hədiyyə edilir
Maliyyə
1385
30 May , 2017 15:54
Accessbank yeni kampaniyaya başlayıb

Bakı. 30 may. REPORT.AZ/ "Accessbank" QSC 15 illik yubileyi münasibətilə yeni "15=12" kampaniyasına başlayıb. Bu kampaniya çərçivəsində kredit götürən hər kəsə kreditin 3 ayının faizləri hədiyyə edilir. Belə ki, 15 ay müddətinə kredit götürən şəxslər yalnız 12 ayın faizinı ödəyəcəklər. 

"Report"un Banka istinadən verdiyi xəbərə görə, bu təklifdən yararlanan müştərilər sərfəli şərtlərlə 50 min manatadək mikro və 20 min manatadək nağd kreditlər əldə edə bilərlər.

Qeyd edək ki, "15=12" kampaniyası iyunun 30-dək davam edəcək. 

Xatırladaq ki, "Accessbank" 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), KfW, Almaniyanın "LFS Financial Systems GmbH." konsaltinq şirkəti və "AccessHolding" tərəfindən yaradılıb. 

Son xəbərlər

Orphus sistemi