“Accessbank” yeni kampaniyaya başlayıb

“Accessbank” yeni kampaniyaya başlayıb Bakı. 5 mart. REPORT.AZ/ “Accessbank” QSC iş adamlarına dəstək üçün Respublika Gününün 100 illiyi münasibətilə kredit kampaniyasına başlayıb. 
Maliyyə
5 Mart , 2018 11:59
“Accessbank” yeni kampaniyaya başlayıb

Bakı. 5 mart. REPORT.AZ/ “Accessbank” QSC iş adamlarına dəstək üçün Respublika Gününün 100 illiyi münasibətilə kredit kampaniyasına başlayıb. 

Bu barədə “Report” banka istinadən xəbər verir. 

Məlumata görə, mayın 31-nə qədər davam edəcək kampaniya çərçivəsində “Accessbank”dan 50 000 manata qədər biznes kreditlərini 100 günə qədər güzəşt müddəti ilə əldə etmək olar. Ödəniş planı üzrə son 100 günə qədər faiz məbləği də müştərilərə hədiyyə olunacaq. Bu şərtlər martın 19-dan etibarən nağd pul kredit götürən müştərilərə şamil ediləcək. 

Bank həmçinin Beynəlxalq Qadınlar Günü və Novruz Bayramı münasibətilə martın 5-dən 19-na qədər 20 000 manata qədər nağd pul krediti götürənlər üçün illik faiz dərəcəsində 3%-ə qədər endirim təqdim edəcək. Bundan başqa, bu tarixlərdə hər bir xanıma "myCard Classic" ödəniş kartı pulsuz veriləcək. Paralel olaraq, istənilən müştəri "Visa Electron" və "Matercard Debit" kartlarını PULSUZ, "Visa Gold" və "MasterCard Gold" premium kartlarını 50% endirimlə əldə edə biləcək. 

Xatırladaq ki, "Accessbank" 2002-ci ildə "Azərbaycan Mikromaliyyələşdirmə Bankı" kimi fəaliyyətə başlayıb, 2008-ci ildə reberendinq edib. Onun nizamnamə kapitalı 140,25 mln. manatdır. Bankın səhmdarları 6 beynəlxalq maliyyə institutudur: Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), KfW - "Kreditanstalt für Wiederaufbau" (20%), "Access Microfinance Holding AG" (16,53%) və "LFS Financial Systems GmbH" (3,47%).

Son xəbərlər

Orphus sistemi