“Accessbank” nizamnamə kapitalını kəskin artırıb

“Accessbank” nizamnamə kapitalını kəskin artırıb Bankın səhmdarları kapital artımında mövcud pay bölgüsünə uyğun olaraq iştirak ediblər
Maliyyə
30 Mart , 2017 15:27
“Accessbank” nizamnamə kapitalını kəskin artırıb

Bakı. 30 mart. REPORT.AZ/ “Accessbank” QSC nizamnamə kapitalını 34,85 mln. manat artıraraq 119,85 mln. manata çatdırıb.

“Report” banka istinadən xəbər verir ki, kapital artımı üçün dövriyyəyə buraxılmış, hər birinin nominal dəyəri 4,25 manat olan 8,2 mln. ədəd yeni səhmi bankın mövcud səhmdarları alıblar.

Səhmdarlar prosesdə pay bölgüsünə uyğun olaraq iştirak ediblər, yəni artımdan sonra bölgü dəyişməyib.

“İndiki dəyişkən şəraitdə, kapitalın artırılması açıq-aşkar onu göstərir ki, bank əksəriyyəti nüfuzlu beynəlxalq maliyyə institutları olan və ən yüksək ‘ААА’ reytinqə malik səhmdarları tərəfindən güclü dəstək alır. Biz rəqabətli məhsul çeşidimizlə müştərilərimizə hərtərəfli dəstək və xidmət göstərməkdə davam edirik, mikro və kiçik biznesi dəstəkləyən aparıcı maliyyə təşkilatı kimi güclü mövqeyimizi qoruyub saxlayırıq” - deyə "AccessBank"ın İdarə Heyətinin sədri Mixael Hofman (Michael Hoffmann) bildirib.

Xatırladaq ki, "Accessbank" 2002-ci ildə Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb, 2008-ci ildə reberendinq edib. Bankın səhmdarları hər biri 20% paya malik olmaqla Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Almaniyanın "KfW" inkişaf bankı, eləcə də 16,53% payla "Access Microfinance Holding AG" və 3,47% payla Almaniyanın "LFS Financial Systems GmbH." şirkətləridir. 

Son xəbərlər

Orphus sistemi