"Accessbank" mənfəət-zərər hesabatını açıqlayıb

"Accessbank" mənfəət-zərər hesabatını açıqlayıb Aktivlər üzrə mümkün zərərin ödənilməsi üçün Bank xüsusi ehtiyatın yaradılmasına 98,9 mln. manat xərcləyib
Maliyyə
21 Noyabr , 2016 14:44
Accessbank mənfəət-zərər hesabatını açıqlayıb

Bakı. 21 noyabr. REPORT.AZ/ "Accessbank" ASC cari ilin yanvar-sentyabr ayları üzrə mənfəət-zərər hesabatını açıqlayıb. Bank cari ilin müvafiq dövründə 79,159 mln. manat həcmində xalis zərər edib.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, Bank hesabat dövründə 19,656 mln. manat xalis əməliyyat mənfəəti əldə edib, bu dövrdə aktivlər üzrə mümkün zərərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 98,854 mln. manat xərc çəkib.

Qeyd edək ki, ötən ilin eyni dövrünü isə "Accessbank" 6,859 mln. manat mənfəətlə başa vurub.

Son xəbərlər

Orphus sistemi