"Accessbank"ın sədr müavini işdən çıxıb

"Accessbank"ın sədr müavini işdən çıxıb Söhbət Şakir Rəhimovdan gedir
Maliyyə
31 Yanvar , 2017 11:38
Accessbankın sədr müavini işdən çıxıb

Bakı. 31 yanvar. REPORT.AZ/ “Accessbank” QSC-nin İdarə Heyətinin sədr müavini Şakir Rəhimov işdən çıxıb.

“Report”un məlumatına görə, onun yerinə hələ ki, təyinat olmayıb.

Xatırladaq ki, “Accessbank” 2002-ci ildə “Azərbaycan Mikromaliyyələşdirmə Bankı” kimi fəaliyyətə başlayıb, 2008-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 85 mln. manatdır. Bankın səhmdarları hər biri 20% paya malik olmaqla Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Almaniyanın "KfW" inkişaf bankı, eləcə də 16,53% payla "Access Microfinance Holding AG" və 3,47% payla Almaniyanın "LFS Financial Systems GmbH." şirkətləridir.

Son xəbərlər

Orphus sistemi