“AccessBank”ın keçirdiyi lotereya davam edir

“AccessBank”ın keçirdiyi lotereya davam edir Banka məxsus “Mastercard” ödəniş kartları ilə avqustun 20-nə qədər ödəniş edənlər avtomatik lotereyanın iştirakçısına çevriləcəklər
Maliyyə
17 Avqust , 2017 15:51
“AccessBank”ın keçirdiyi lotereya davam edir
Report.az

Bakı. 17 avqust. REPORT.AZ/ “AccessBank” QSC-yə məxsus “Mastercard” ödəniş kartları ilə avqustun 20-nə qədər ödəniş edənlər “Bu yay üzünüzə güləcək!” adlı lotereyanın iştirakçısına çevriləcəklər.

“Report” xəbər verir ki, bu barədə Bankın açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, kart sahiblərinin həyata keçirdiyi ödənişlərin cəmi 20 manat olduqda onlara lotereyada 1 uduş şansı qazanacaqlar. Odur ki, kartla daha çox ödəniş daha çox uduş şansı deməkdir.

Lotereyada iştirak etmək üçün hər hansı sənədi doldurmaq və yaxud harasa getmək lazım deyil. Sadəcə “AccessBank”ın kartı ilə ödəniş etmək və avtomatik lotereyanın iştirakçısına çevrilmək olar.

Avqustun 30-da keçiriləcək 2-ci tirajda Antalyaya (Türkiyə) 2 nəfərlik səyahət paketi, 2 ədəd “Apple iPhone 7” markalı smartfon və “4 ədəd Samsung Galaxy” planşeti oynanılacaq. Xatırladaq ki, bundan əvvəl keçirilmiş 1-ci tirajın 7 bəxtəvər qalibi artıq öz hədiyyələrini əldə ediblər. Onların hər birinin müxtəlif sayda şansı olub və ən böyük hədiyyəni, Antalyaya səyahəti ən az şansı olan iştirakçı əldə edib.

“Siz də növbəti 7 bəxtəvərdən biri olmaq istəyirsinizsə, vaxt itirmədən “AccessBank”da yeni “Mastercard” plastik kart hesabı açın və daha çox ödəniş edin ki, bu yay son üzü gülən Siz olun!”, - deyə Bankın açıqlamasında qeyd olunub.

Daha ətraflı məlumatı Bankın www.accessbank.az ünvanında yerləşən rəsmi internet səhifəsindən, Facebook” və “Twitter” sosial şəbəkələrindəki səhifələrindən, eləcə də 151 – ümumi telefon məlumat mərkəzindən əldə etmək mümkündür. 

Son xəbərlər

Orphus sistemi