"Accessbank"ın keçirdiyi kampaniyalar yekunlaşmaq üzrədir

"Accessbank"ın keçirdiyi kampaniyalar yekunlaşmaq üzrədir Bakı. 30 yanvar. REPORT.AZ/ Accessbankın keçirdiyi iki kampaniyanın bitməsinə iki gün qalıb.
Maliyyə
30 Yanvar , 2018 14:05
Accessbankın keçirdiyi kampaniyalar yekunlaşmaq üzrədir

Bakı. 30 yanvar. REPORT.AZ/ "Accessbank"ın keçirdiyi iki kampaniyanın bitməsinə iki gün qalıb.

“Report” banka istinadən xəbər verir ki, söhbət "Üçü var idi, üçü yox idi…" və "Hər tərəfdən sərfəli!" kampaniyalarından gedir.

1-ci kampaniya çərçivəsində yanvarın 31-nə qədər “Accessbank”dan mikro, aqro və istehlak (nağd pul) krediti götürən müştərilərə aylıq ödənişlərdə istənilən 3 ay güzəşt müddəti kimi verilir, yəni vətəndaş həmin aylar üzrə əsas borc məbləğinin ödənişindən azad edilir və ödənişi növbəti aylarda həyata keçirir. Bundan başqa, son 3 ayın faizləri hədidyə edilir. Başqa sözlə, 3 ay güzəşt müddəti var, 3 ay faiz ödənilməsi yoxdur.

Kreditlərin minimum 15 aylıq müddətə, illik 23%-dən başlayan faiz dərəcəsi ilə ayrılır. Mikro və aqro kreditlərin maksimal məbləği 50 min manat, nağd pul kreditlərinin maksimal məbləği 20 min manatdır.

2-ci kampaniya çərçivəsində isə "Mastercard Debit", "Mastercard Standard", "Mastercard Gold", "Visa Classic" və "Visa Gold" plastik kartları müştərilərə 50% endirimlə təklif olunur. Kampaniyada iştirak edən şəxslər "iPhone X" udmaq şansı da qazanır. Bunun üçün "Accessbank"ın "Visa" və "Mastercard" ödəniş kartları vasitəsilə (maaş kartları və biznes kartları istisna olmaqla) ölkə ərazisində və ölkədən kənarda yerləşən istənilən ticarət-xidmət müəssisəsində, həmçinin, internet üzərindən məhsullar və ya xidmətlər üzrə 20 manat və yaxud ondan yuxarı məbləğdə əməliyyatlar aparmaq (kampaniyada iştirak etməyən əməliyyatlar istisna olmaqla) kifayətdir.

Qaliblər kampaniya müddətində Bankın emissiya etdiyi ödəniş kartları vasitəsilə edilən əməliyyatların hesabatı nəticəsində seçiləcəkr. Ən çox sayda əməliyyat edən 1 müştəri və ən böyük məbləğdə əməliyyat edən 1 müştəri yeni “IPhone X” smartfonu qazanacaq. 

Kampaniyalarla bağlı daha ətraflı məlumatı “Accessbank”ın www.accessbank.az ünvanında yerləşən internet səhifəsindən, “Facebook” və “Twitter” sosial şəbəkələrindəki səhifələrindən, eləcə də 151 Əlaqə Mərkəzindən əldə etmək olar. 

Son xəbərlər

Orphus sistemi