​"AccessBank"ın filiallarından biri bağlanıb, digəri açılıb

​"AccessBank"ın filiallarından biri bağlanıb, digəri açılıb Filialda həm hüquqi, həm də fiziki şəxslərə bank xidmətləri təklif olunur
Maliyyə
24 İyul , 2015 13:18
​AccessBankın filiallarından biri bağlanıb, digəri açılıb

Bakı. 24 iyul. REPORT.AZ/ "AccessBank" QSC-nin Nərimanov rayonu, Təbriz küçəsi 94 ünvanında yeni “Nərimanov” filialı açılıb. "Report"un bankın mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, bankın təmirə dayanan “Elmlər Akademiyası” filialının heyəti bu yeni ünvanda xidmət göstərəcək.

Filialda həm hüquqi, həm də fiziki şəxslərə tam çeşidli bank xidmətləri təklif olunduğu qeyd edilir.

Bankın açıqlamasına görə, müvəqqəti bağlanan “Elmlər Akademiyası” filialının fəaliyyəti təmirdən sonra bərpa olunacaq.

Xatırladaq ki, "AccessBank" 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, LFS Financial Systems GmbH adlı Alman konsaltinq şirkəti və AccessHoldinq tərəfindən yaradılıb. AccessBank mikro, kiçik və orta ölçülü bisneslərin maliyyələşdirilməsi ilə məşğuldur. Azərbaycanda geniş filiallar şəbəkəsinə malik olan Bankda 2000-dən artıq əməkdaş çalışır.

Son xəbərlər

Orphus sistemi