“AccessBank”ın dəstəyi ilə “Qadının yaşı olmur” adlı tədbir keçirilib

“AccessBank”ın dəstəyi ilə “Qadının yaşı olmur” adlı tədbir keçirilib Bakı. 20 dekabr. REPORT.AZ/ Dekabrın 19-da “AccessBank”ın dəstəyi, “Pəncərə” və “Granation” klublarının təşkilatçılığı ilə “Qadının yaşı olmur” adlı tədbir keçirilib.
Maliyyə
20 Dekabr , 2017 19:34
“AccessBank”ın dəstəyi ilə “Qadının yaşı olmur” adlı tədbir keçirilib

Bakı. 20 dekabr. REPORT.AZ/ Dekabrın 19-da “AccessBank”ın dəstəyi, “Pəncərə” və “Granation” klublarının təşkilatçılığı ilə Qadının yaşı olmur” adlı tədbir keçirilib.

“Report” xəbər verir ki, tədbir Azərbaycanın ictimai həyatında iştirak etmiş və ölkənin inkişafına töhfə vermiş qadınlara həsr olunub.

Tədbirin aparıcısı, əməkdar artist Nərgiz Cəlilova qonaqları salamlayaraq Azərbaycan qadınlarının öz ağılı, istedadı, milli-mənəvi keyfiyyətləri ilə dünya qadınları arasında yüksək yer tutduğunu vurğulayıb.

Daha sonra “Pəncərə” klubunun rəhbəri, yazıçı Günel Anarqızı və “Granation” klubunun təsisçisi Nərmin Mahmud qonaqları salamlayaraq klubların fəaliyyətindən, gecənin məramından söz açdılar.

Gecədə iştirak edən “AccessBank”ın Marketinq departamentinin rəhbəri Günay Cəlilova 100-dən çox gözəl qadını bir arada görməkdən çox məmnun olduğunu qeyd edərək öz fikirlərini bölüşüb:

“Əgər əvvəllər qadının əsas rolu dünyaya uşaq gətirmək, onları böyütmək, tərbiyəsi ilə məşğul olmaq və məişət işləri ilə məhdudlaşırdısa, günümüzdə qadınlar dövlət quruculuğunda, elm, mədəniyyət, təhsil, səhiyyə, idmanda və s. sahələrdə geniş təmsil olunurlar. Yaşlarından asılı olmayaraq, qadınların həyat və professional təcrübəsi cəmiyyət üçün hər zaman çox faydalıdır.

“AccessBank” yaradıldığı tarixdən etibarən öz Korporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində hər zaman qadınlara dəstək məqsədilə çoxsaylı layihələr həyata keçirib. Bu layihələrin əksəriyyəti Azərbaycanın regionlarında qadın sahibkarlara maliyyə savadlılığı sahəsində treninqlərin keçirilməsi ilə bağlı olub. Sevindirici haldır ki, illər öncə bizim maliyyə savadlılığı sahəsində treninq keçirdiyimiz qadınların bir çoxu hal-hazırda uğurlu sahibkar qadınlara çevriliblər və biz onlarla qürur duyuruq. “AccessBank” olaraq biz bundan sonra da qadınlarımıza hər tərəfdən dəstək olmağa davam edəcəyik”.

Gecədə çıxış edən Çingiz Abdullayev, Fəxrəddin Manafov, Faiq Ağayev bu qədər çox sayda gözəl və uğurlu qadının iştirak etdiyi bir tədbirə dəvət olunduqları üçün minnətdarlıqlarını bildiriblər və Azərbaycan qadınının milli-mənəvi dəyərlər sistemimizin təşəkkülündə və yaşadılmasında müstəsna rolu olduğunu qeyd ediblər.

Son xəbərlər

Orphus sistemi