"Accessbank" iş adamlarına xüsusi təkliflər təqdim edir

"Accessbank" iş adamlarına xüsusi təkliflər təqdim edir Nağdsız hesablaşmaları asanlaşdırmaq üçün Bank yeni imkanlar yaradıb
Maliyyə
22 Fevral , 2017 10:46
Accessbank iş adamlarına xüsusi təkliflər təqdim edir

Bakı. 22 fevral. REPORT.AZ/ "Accessbank" QSC nağdsız hesablaşmalarla bağlı yeni tələbləri nəzərə alaraq iş adamlarının ehtiyaclarına uyğun özəl təkliflər təqdim edir. "Biznesə 5D" adlı xüsusi təklifdən yararlanan müştərilər ümumilikdə 5 məhsul və xidməti - cari hesablar, əmək haqqı layihələri, müştərinin VÖEN hesabına bağlı biznes kart, POS-terminal və onlayn bankçılığı pulsuz əldə edəcəklər.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, bu təkliflər həm fərdi sahibkarların, həm də hüquqi şəxslərin biznesinin aparılmasını əhəmiyyətli dərəcədə asanlaşdıracaq. Bu xidmətləri istifadə etməklə iş adamları banka gəlmədən 24/7 rejimində rahatlıqla nağdsız əməliyyatlarını həyata keçirə bilərlər.

"Bank fəaliyyətinin prioritet istiqamətlərindən biri olan korporativ bankçılığı daha da inkişaf etdirmək məqsədilə yaxın gələcəkdəyeni məhsul və xidmətlər təqdim edəcək", - deyə məlumatda qeyd olunub.

"Accessbank" 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, "LFS Financial Systems GmbH." adlı alman konsaltinq şirkəti və "AccessHolding" tərəfindən yaradılıb. Azərbaycanın aparıcı banklarından biri olan "Accessbank" tam çeşidli bank xidmətləri təqdim edir və ölkə üzrə geniş filiallar şəbəkəsinə malikdir. Bankın beynəlxalq kredit reytinqi (EDR) dəyişilmədən Azərbaycan bankları arasında ən yüksək olan suveren "BB+" səviyyəsində təsdiqlənib.

Son xəbərlər

Orphus sistemi