"Accessbank" bu il depozit portfelini 10% artırıb

"Accessbank" bu il depozit portfelini 10% artırıb Bakı. 1 avqust. REPORT.AZ/ “Accessbank” QSC-nin cəmi aktivləri bu il iyulun 1-nə 872,635 mln. manat təşkil edib.“Report” Bankın maliyyə hesabatına ...
Maliyyə
1 Avqust , 2017 16:18
Accessbank bu il depozit portfelini 10% artırıb

Bakı. 1 avqust. REPORT.AZ/ “Accessbank” QSC-nin cəmi aktivləri bu il iyulun 1-nə 872,635 mln. manat təşkil edib.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ilin əvvəli ilə müqayisədə 17,6% azdır.

“Accessbank”ın aktivlərinin 58,1%-ni və yaxud 507,163 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Yarım il ərzində Bankın kredit portfeli 15,3% kiçilib.

Hesabat dövründə “Accessbank”ın cəmi öhdəlikləri 19,8% azalaraq 807,266 mln. manat, o cümlədən depozit portfeli 10% artaraq 313,463 mln. manat, Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 66,7% azalaraq 10 mln. manat olub. Bankın cəmi kapitalı isə 24,6% artaraq 65,369 mln. manata çatıb.

Bu ilin I yarısında “Accessbank”ın faiz gəlirləri 55,731 mln. manat, faiz xərcləri 34,504 mln. manat, qeyri-faiz zərəri 4,375 mln. manat, qeyri-faiz xərcləri isə 33,705 mln. manat təşkil edib. Son nəticədə Bankın xalis əməliyyat zərəri 16,853 mln. manat olub.

“Accessbank” aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına 26,086 mln. manat yönəldib və 1-ci yarımilliyi 42,939 mln. manat xalis zərərlə başa vurub.

Xatırladaq ki, "Accessbank" 2002-ci ildə Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb, 2008-ci ildə reberendinq edib. Onun nizamnamə kapitalı 119,85 mln. manatdır. Bankın səhmdarları hər biri 20% paya malik olmaqla Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, "KfW", eləcə də 16,53% payla "Access Microfinance Holding AG" və 3,47% payla Almaniyanın "LFS Financial Systems GmbH." şirkətləridir

Son xəbərlər

Orphus sistemi