“Access Bank” verdiyi mikrokreditlərin sayını açıqlayıb

“Access Bank” verdiyi mikrokreditlərin sayını açıqlayıb “Hazırda “Access Bank” QSC Azərbaycanda verilən mikrokreditlərdə 53% paya malikdir və liderliyini qoruyur”.
Maliyyə
11 İyul , 2019 14:10
“Access Bank” verdiyi mikrokreditlərin sayını açıqlayıb

“Hazırda “Access Bank” QSC Azərbaycanda verilən mikrokreditlərdə 53% paya malikdir və liderliyini qoruyur”.

“Report” xəbər verir ki, bu barədə Bankın İdarə Heyətinin sədri Anar Həsənov məlumat verib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurumun mikro kredit müştərilərinin sayı 55000 nəfər təşkil edir.

"Bank tərəfindən kreditlərin təxminən 97%-i milli valyutada verilir. Portfelimiz olduqca keyfiyyətlidir və hazırda gecikmə əmsalı 0,2% təşkil edir. Kredit mütəxəssislərimizin məhsuldarlığı devalvasiyadan öncə müşahidə olunan göstəriciləri üstələyib. Hazırda bir əməkdaşımızın orta aylıq məhsuldarlığı 21 mikro kredit təşkil edir, bu isə ay ərzində bank tərəfindən təxminən 6000 mikro kreditin verilməsi deməkdir", - deyə o vurğulayıb.

A.Həsənov onu da bildirib ki, mikro, kiçik və orta sahibkarlıq subyektlərini əlçatan maliyyə mənbələri ilə təmin etmək məqsədilə “Access Bank” İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) ilə sıx əməkdaşlıq edir: “Bank AKİA ilə əməkdaşlığa bu ilin aprel ayından etibarən başlayıb və bu müddət ərzində müştərilərimizə 3 milyon manat məbləğində kredit verilib”. 

Son xəbərlər

Orphus sistemi