ABŞ və Çinin qarşılıqlı investisiya qoyuluşu 9 illik minimumu yeniləyib

ABŞ və Çinin qarşılıqlı investisiya qoyuluşu 9 illik minimumu yeniləyib Bu ilin I yarısında ABŞ və Çin arasında qarşılıqlı investisiya qoyuluşu 10,9 milyard ABŞ dolları təşkil edib ki, bu da 9 illik minimumun yenilənməsidir.
Maliyyə
21 Sentyabr , 2020 12:43
ABŞ və Çinin qarşılıqlı investisiya qoyuluşu 9 illik minimumu yeniləyib

Bu ilin I yarısında ABŞ və Çin arasında qarşılıqlı investisiya qoyuluşu 10,9 milyard ABŞ dolları təşkil edib ki, bu da 9 illik minimumun yenilənməsidir. 

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir. 

Məlumata görə, son 1 ildə Çindən ABŞ-a investisiya qoyuluşu 38,2% artaraq 4,7 milyard dollara çatıb. Kəskin artım Çinin “Tencent Holdings Ltd” şirkətinin ABŞ-ın “Universal Music Group Inc” şirkətinin 3,4 milyard dollar dəyərində səhmlərini alması hesabına baş verib. 

Hesabat dövründə ABŞ-dan Çinə investisiya qoyuluşu isə 31% azalaraq 4,1 milyard dollara düşüb. 

Son xəbərlər

Orphus sistemi