ABŞ iqtisadiyyatında artım yavaşlayıb

ABŞ iqtisadiyyatında artım yavaşlayıb Bu, FED-in uçot dərəcəsini artırmasını ertələdə bilər
Maliyyə
28 Aprel , 2017 17:13
ABŞ iqtisadiyyatında artım yavaşlayıb

Bakı. 28 aprel. REPORT.AZ/ ABŞ iqtisadiyyatı 2017-ci ilin ilk rübündə 0,7% artım göstərib. "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu, son 3 ilin ən yavaş iqtisadi artım tempi olub. Bununla yanaşı, ilk rübdə istehlakçı xərcləri də son 8 ilin minimal səviyyəsinə enib. ABŞ Ticarət Nazirliyi tərəfindən verilən məlumata əsasən, 2016-cı ilin son rübündə 2,1% artan ölkə iqtisadiyyatı ilk rübdə ciddi yavaşlama göstərib.

Qeyd edək ki, analitiklər ilk rübdə ABŞ-da iqtisadi artımın 1% olacağını proqnozlaşdırıblar. İstehlakçı xərclərində artım isə 0,3% təşkil edib. İstehlakçılar əsasən avtomobil, yanacaq və geyim xərclərini azaldıblar.

Xatırladaq ki, may ayının 2-3-də ABŞ Federal Ehtiyat Sistemi (FED) növbəti iclasını keçirəcək. İclasda uçot dərəcəsinin artırılması gözlənilmir. "Report"un analitik qrupu bildirir ki, əgər iqtisadi göstəricilər zəifləməyə davam edərsə, iyun iclasında uçot dərəcəsi artırılmaya bilər. 

Son xəbərlər

Orphus sistemi