ABŞ iqtisadiyyatı III rübdə proqnozlaşdırıldığından az böyüyüb

ABŞ iqtisadiyyatı III rübdə proqnozlaşdırıldığından az böyüyüb Bu ilin III rübündə ABŞ-da istehsal olunmuş ümumi daxili məhsulun (ÜDM) dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 2% çox olub.
Maliyyə
28 Oktyabr , 2021 17:54
ABŞ iqtisadiyyatı III rübdə proqnozlaşdırıldığından az böyüyüb

Bu ilin III rübündə ABŞ-da istehsal olunmuş ümumi daxili məhsulun (ÜDM) dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 2% çox olub.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Bununla belə, ABŞ iqtisadiyyatının böyümə tempi proqnozlaşdırıldığından 0,7 faiz bəndi azdır. Belə ki, III rüblə bağlı proqnoz 2,7% olub.

Proqnozun özünü doğrultmaması koronavirusun delta ştammının sürətlə yayılması, qlobal təchizat zəncirindəki pozulmalar, işçi qıtlığı, həm istehsalı, həm də istehlakı ləngidən qiymət artımları ilə bağlı olub.

Analitiklər ABŞ iqtisadiyyatının artımındakı ləngimənin qısamüddətli olacağını, ölkənin inkişaf tempinin IV rübdə və gələn il daha da sürətlənəcəyini bildirirlər.

Son xəbərlər

Orphus sistemi