ABŞ-ın tənzimləyici qurumları bankları LIBOR-dan istifadə etməməyə çağırıb

ABŞ-ın tənzimləyici qurumları bankları LIBOR-dan istifadə etməməyə çağırıb ABŞ tənzimləyiciləri qurumları yerli bankları 2022-ci ildən etibarən LİBOR-dan (London InterBank Offered Rate - London banklararası kredit bazarında illik faiz dərəcələrinin orta göstəricisi) istifadə etməməyə çağırıb.
Maliyyə
213
1 Dekabr , 2020 16:23
ABŞ-ın tənzimləyici qurumları bankları LIBOR-dan istifadə etməməyə çağırıb

ABŞ tənzimləyiciləri qurumları yerli bankları 2022-ci ildən etibarən LİBOR-dan (London InterBank Offered Rate - London banklararası kredit bazarında illik faiz dərəcələrinin orta göstəricisi) istifadə etməməyə çağırıb.

"Report" "İnterfax" agentliyinə istinadən xəbər verir ki, söhbət Federal Ehtiyat Sistemi (FED), Əmanətlərin Sığortalanması üzrə Federal Korporasiya (FDIC) və Valyuta Nəzarət İdarəsindən (OCC) gedir.

Adı çəkilən qurumlar kredit təşkilatlarına tövsiyə edib ki, bağladıqları müqavilələrdə illik faiz dərəcəsini konkret göstərsinlər.

Xatırladaq ki, bir qədər əvvəl ABŞ-da bankların faizlərlə manipulyasiya etməsinə dair qalmaqal baş verib. Bundan sonra ipoteka müqaviləsi da daxil olmaqla əksər borc müqavilələrində LİBOR-dan istifadə edilməməsinə qərar verilib.

Hazırda ABŞ-da LIBOR-a alternativ Nyu-York Federal Ehtiyat Bankının hazırladığı SOFR (Təhlükəsiz gecə maliyyələşdirməsi dərəcəsi) sayılır ki, bundan sonra ABŞ-ın dövlət istiqrazlarının ilə bağlı bir gecəlik REPO əməliyyatlarında istifadə olunur.

Son xəbərlər

Orphus sistemi