ABŞ-ın qocaman bankı kriptovalyuta ilə bağlı xidmətlər göstərəcək

ABŞ-ın qocaman bankı kriptovalyuta ilə bağlı xidmətlər göstərəcək ABŞ-ın iki qocaman banklarından biri olan “State Street” fondlarının varlı müştərilərinə kriptovalyuta ilə bağlı xidmətlər göstərəcək.
Maliyyə
29 iyul 2021 13:50
ABŞ-ın qocaman bankı kriptovalyuta ilə bağlı xidmətlər göstərəcək

ABŞ-ın iki qocaman banklarından biri olan “State Street” fondlarının varlı müştərilərinə kriptovalyuta ilə bağlı xidmətlər göstərəcək.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, söhbət imkanlı müştərilərə hesabatlılığın tərtib olunması və rəqəmsal aktivlərlə əməliyyatların emalında köməklik göstərilməsindən gedir.

Bu məqsədlə bank kriptovalyutalarla iş üçün proqram təminatı tədarükçüsü olan “Lukka Inc” şirkəti ilə əməkdaşlığa başlayacaq.

“State Street”in təməli 1796-cı ildə qoyulub. ABŞ-da mövcud banklardan yalnız biri yaşca ondan böyükdür. Bankın aktivləri 40 trilyon dollardır.

Son xəbərlər

Orphus sistemi