ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FES) federal kredit sistemləri üzrə faiz dərəcəsini illik 0-0,25% səviyyəsində saxlayıb və böhran əleyhinə tədbirlərin həyata keçiriləcəyini bəyan edib.
“Report” xəbər verir ki, bu barədə Açıq bazarda əməliyyatlar üzrə federal komitənin (FOMC) iclasına dair məlumatda bildirilir.
Bu qərar bazar iştirakçılarının və analitiklərin proqnozları ilə üst-üstə düşüb.
FES-dən bildiriblər ki, aylıq 120 milyard ABŞ dolları həcmində aktiv alınması davam etdiriləcək.
FES rəhbəri Cerom Pauell açıqlayıb ki, noyabrın 2-3-də FES yumşaltma proqramının icrasına başlanmasını bəyan edəcək.