ABŞ-ın əsas birja indeksləri artıb

ABŞ-ın əsas birja indeksləri artıb Nyu-York birjasında əsas indekslər, böyük texnoloji şirkətlərin rüblük müsbət hesabatları fonunda yüksəlib.
Maliyyə
31 İyul , 2020 20:36
ABŞ-ın əsas birja indeksləri artıb

Nyu-York birjasında əsas indekslər, böyük texnoloji şirkətlərin rüblük müsbət hesabatları fonunda  yüksəlib.

“Report” xəbər verir ki, “Dow Jones” sənaye indeksi 78,49 bənd (0,30%) artaraq 26 392,14 bənd səviyyəsində dayanıb.

ABŞ bazarındakı 500 ən böyük şirkətin daxil olduğu “S&P 500” indeksi 20,06 bənd qazanaraq (0,62% ) və 3 266,28 bənd səviyyəsində qalıb.

“Nasdaq” elektron birja indeksi isə 158,96 bənd (1,50%) yüksələrək 10 746,77 bəndədək qalxıb.

Nyu-York birjasında WTI markalı neftin bir barelinin qiyməti isə 40,42 ABŞ dolları təşkil edib.

Son xəbərlər

Orphus sistemi