ABŞ-ın dövlət büdcəsinin kəsiri yanvarda kəskin artıb

ABŞ-ın dövlət büdcəsinin kəsiri yanvarda kəskin artıb Bu ilin yanvar ayında ABŞ-ın dövlət büdcəsinin kəsiri 163 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən təxminən 5 dəfə çoxdur.
Maliyyə
11 Fevral , 2021 09:55
ABŞ-ın dövlət büdcəsinin kəsiri yanvarda kəskin artıb

Bu ilin yanvar ayında ABŞ-ın dövlət büdcəsinin kəsiri 163 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən təxminən 5 dəfə çoxdur.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyinin hesabatında bildrilir.

Məlumata görə, son 1 ildə büdcənin gəlirləri 3,3% artaraq 385 milyard dollar, xərcləri isə 35,2% artaraq 548 milyard dollar olub.

ABŞ-da 2021-ci maliyyə ilin başladığı ötən ilin sentyabr ayından dekabr ayına qədərki 4 ay ərzində isə büdcə kəsiri illik müqayisədə 89% artaraq 736 milyard dollara çatıb. Hesabat dövründə büdcənin gəlirləri 0,9% artaraq 1,2 trilyon dollar, xərcləri isə 23% artaraq 1,9 trilyon dollar təşkil edib.

Xatırladaq ki, ötən ilin avqust ayında başa çatmış 2020-ci maliyyə ilində ABŞ-ın büdcə kəsiri koronavirus pandemiyasının təsiri ilə 3,1 trilyon dollar olub ki, bu da rekord həddir.

Son xəbərlər

Orphus sistemi