ABŞ-ın dövlət borcu rekord həddə çatıb

ABŞ-ın dövlət borcu rekord həddə çatıb ABŞ-ın xarici dövlət borcu 26 trilyon dollar təşkil edib və beləliklə, rekord həddə çatıb.
Maliyyə
11 İyun , 2020 15:04
ABŞ-ın dövlət borcu rekord həddə çatıb

ABŞ-ın xarici dövlət borcu 26 trilyon dollar təşkil edib və beləliklə, rekord həddə çatıb.

“Report” SBC-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi bildirib.

Qeyd olunub ki, həmin artımın əsas səbəb COVID-19 virusuna qarşı görülən tədbirlərdir.

Donald Tramp prezident olandan sonra dövlət borcunun 6 trilyon ABŞ dolları, bu ilin 5 may tarixindən sonra isə daha 1 trilyon ABŞ dolları artdığı göstərilib.

Xatırladaq ki, mart ayının sonunda prezident D.Tramp koronavirus pandemiyasının doğurduğu iqtisadi böhran şəraitində iqtisadiyyata 2 trilyon ABŞ dollarından artıq dəstək tədbirləri barədə qanunu imzalayıb. Bu il aprelin 21-də isə Senat 500 milyard ABŞ dolları həcmində daha bir tədbirlər zərfini təsdiqləyib.

Son xəbərlər

Orphus sistemi