​ABŞ-ın borcu iqtisadi artımı 10 dəfə üstələyir

​ABŞ-ın borcu iqtisadi artımı 10 dəfə üstələyir ABŞ-ın istehlak kreditləşməsi Almaniya iqtisadiyyatının həcmini üstələyib
Maliyyə
11 İyun , 2016 17:55
​ABŞ-ın borcu iqtisadi artımı 10 dəfə üstələyir

Bakı. 11 iyun. REPORT.AZ/ ABŞ-da iqtisadi artım tam olaraq borclar hesabına əldə edilir. "Report"un verdiyi xəbərə görə, son illərdə ABŞ-ın borcundakı artım sürəti iqtisadi artım tempini 10 dəfə üstələyib. 2016-cı ilin ilk rübündə ABŞ-ın məcmu borcu 645 mlrd. dollar və ya 1% artaraq 64,1 trln. dollara çatıb. Bu məbləğə ABŞ-ın dövlət və korporativ sektor borcları ilə yanaşı fiziki şəxslərin borc öhdəlikləri də aiddir.

ABŞ-ın ilk rübdə iqtisadiyyat 2015-ci ilin son rübü ilə müqayisədə 65 mlrd. dollar və ya 0,35% artaraq 18,23 trln. dollara çatıb. İllik müqayisədə isə nominal artım 0,7% olub.

Cari vəziyyətin təhlili onu göstərir ki, ABŞ iqtisadiyyatının 65 mlrd. dollar artması üçün 645 mlrd. dollar və ya 10 dəfə çox borca ehtiyacı olub. Başqa sözlə, ABŞ iqtisadiyyatına yatırılan kapitalın effektivliyi cəmi 10% olub.

Qeyd edək ki, Federal Ehtiyat Sisteminin (FES) məlumatlarına əsasən, 2016-cı ilin ilk rübündə ABŞ-da kredit kartları üzrə borc 15,7 mlrd. dollar və ya 1,7% artaraq 949,8 mlrd. dollara yüksəlib. İstehlak kreditlərinin həcmi isə 3,588 trln. dollara yüksəlib ki, bu da Almaniyadakı ÜDM-dən artıqdır.

ABŞ iqtisadiyyatı ilə bağlı digər bir təhlükəli göstərici isə məcmu borcun ÜDM-də xüsusi çəkisinin getdikcə artmasıdır. Belə ki, 2016-cı ilin ilk rübünün yekununa görə borcun ÜDM-də xüsusi çəkisi 2013-cü ilin ilk rübündən 352%-lə ən yüksək həddə çıxıb. Bu əmsalın rekord səviyyəsi isə 2008-ci il böhranı öncəsi 380% qeydə alınıb. Analitiklər 380% həddinin ABŞ iqtisadiyyatının dayanıqlılıq səviyyəsinin ən üst həddi kimi qəbul edirlər və bu səviyyədən sonra iqtisadiyyatda hər hansı bir qeyri-ordinar hadisə proqnozlaşdırırlar. 

Son xəbərlər

Orphus sistemi