ABŞ-la Çin arasında yeni qarşıdurma ehtimalı birjalarda əks-səda doğurdu

ABŞ-la Çin arasında yeni qarşıdurma ehtimalı birjalarda əks-səda doğurdu ABŞ ilə Çin arasında ticarət qarşıdurmasının yenidən qızışacağına dair şübhələr səbəbindən Nyu-York Fond Birjasında (NYSE) bugünkü hərrac zamanı əsas indekslərin azalması diqqət çəkib.
Maliyyə
446
1 May , 2020 19:32
ABŞ-la Çin arasında yeni qarşıdurma ehtimalı birjalarda əks-səda doğurdu

ABŞ ilə Çin arasında ticarət qarşıdurmasının yenidən qızışacağına dair şübhələr səbəbindən Nyu-York Fond Birjasında (NYSE) bugünkü hərrac zamanı əsas indekslərin azalması diqqət çəkib.

“Report” xəbər verir ki, hərracın ilk mərhələsində “Dow Jones” sənaye indeksi 400,19 faiz bəndi (1,64 faiz) azalaraq 23.945,53 bəndinə, “S&P 500” indeksi 58,02 faiz bəndi (1,99 faiz) azalaraq 2854,41 bəndinə, “Nasdaq” elektron birjasının indeksi isə 203,08 faiz bəndi (2,28 faiz) azalaraq 8686,48 bəndə enib.

Bununla yanaşı, WTI markalı neftin qiyməti də hərracın başlanğıcında 20,03 ABŞ dollarından satılıb.

“Bu ziddiyyətlərin ticarət sahəsində, texnologiyaları ötürmə sahəsində, daha geniş götürəndə geosiyasət sahəsində hələ davam etməsi, bəlkə də, gələcəkdə daha da artacağı ehtimalı sərmayədarlardan ötrü əhəmiyyət daşıyır”, - “HSBC Global Asset Management” beynəlxalq şirkətinin Strategiya departamentinin rəhbəri Cozef Littl bildirib.

Son xəbərlər

Orphus sistemi