ABŞ hökuməti "bağlana" bilər

ABŞ hökuməti "bağlana" bilər Donald Tramp ilk 100 gündə heç bir iş görməyib
Maliyyə
26 Aprel , 2017 10:11
ABŞ hökuməti bağlana bilər

Bakı. 26 aprel. REPORT.AZ/ ABŞ Prezidenti Donald Tramp bu gün dünya iqtisadiyyatı üçün əhəmiyyətli olan vergi islahatları ilə bağlı qərarını açıqlayacaq. "Report" "Habertürk" saytına istinadən xəbər verir ki, bundan daha önəmli olan isə ABŞ hökumətinin həftənin sonu, aprelin 28-nə qədər dövlət büdcəsini, müdafiə xərclərini, maksimal borc limitini təsdiq etməsi gözlənilir. Əgər maksimal borc limiti həftə sonuna qədər təsdiq olunmasa, ABŞ hökuməti "bağlana"caq (government shutdown). Bu da ABŞ-da bütün dövlət xidmətlərinin dayanması deməkdir. Qeyd edək ki, belə bir vəziyyət sonuncu dəfə 2013-cü ildə baş verib və 17 gün davam edib.

"Report"un analitik qrupu bildirir ki, 2013-cü il oktyabr ayının ilk iki həftəsində çalışmayan ABŞ hökuməti fond birjalarının 3%-dək düşməsinə səbəb olub. Bu dəfə də eyni vəziyyətin, hətta bir qədər kəskin şəkildə baş tutması mümkündür. Belə ki, hazırda ABŞ fond birjası indeksləri tarixi rekord həddə yaxın səviyyələrdə qərarlaşıb.

Bununla yanaşı, aprelin 28-i Donald Trampın vəzifədə olduğu 100-cü gündür. Bu müddət ərzində o, heç bir qanun layihəsini Konqresdən keçirə bilməyən və hökuməti "bağlayan" bir prezident kimi tarixə düşə bilər. 

Son xəbərlər

Orphus sistemi