ABŞ dollarının zəifləməsi fonunda qızıl bahalaşıb

ABŞ dollarının zəifləməsi fonunda qızıl bahalaşıb ABŞ dollarının ucuzlaşması fonunda qızılın qiyməti artıb.
Maliyyə
23 May , 2022 09:46
ABŞ dollarının zəifləməsi fonunda qızıl bahalaşıb

ABŞ dollarının ucuzlaşması fonunda qızılın qiyməti artıb.

“Report” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın iyun fyuçersləri 0,62%, yaxud 11,34 ABŞ dolları bahalaşaraq, 1 unsiyası 1 853,43 ABŞ dollarına satılıb. Gümüşün iyul fyuçerslərinin qiyməti isə 0,95% artaraq, 1 unsiyası 21,878 ABŞ dolları təşkil edib.

ABŞ dollarının indeksinin 0,43% düşərək 102,7 bəndə enməsi qızılın qiyməti üzərində təzyiq yaradır. Belə ki, daha ucuz ABŞ dolları qızılın satınalmalar üçün cəlbediciliyini artırır.

Son xəbərlər

Orphus sistemi