ABŞ dollarının dizaynında yenilik olacaq

ABŞ dollarının dizaynında yenilik olacaq ABŞ Prezidenti Co Baydenin adminstrasiyası ABŞ dollarının dizaynında dəyişiklik etməyə qərar verib.
Maliyyə
26 Yanvar , 2021 13:07
ABŞ dollarının dizaynında yenilik olacaq

ABŞ Prezidenti Co Baydenin adminstrasiyası ABŞ dollarının dizaynında dəyişiklik etməyə qərar verib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, dəyişiklik 20 dollarlıq əskinasları əhatə edəcək.

Belə ki, mövcud əskinasların üzərində olan ABŞ-ın 7-ci prezidenti Endrü Ceksonun şəklini köləlik əleyhinə mübarizə aparan afroamerikalı fəal Harriet Tabmanın şəkli əvəz edəcək.

Ağ Evin mətbuat katibi Cen Psaki bildirib: "Əskinaslarımızın ölkəmizin tarixini və müxtəlifliyini əks etdirməsi vacibdir. Harriet Tubmanın şəkli ilə yeni 20 dollarlıq əskinas buna hesablanıb".

Xatırladaq ki, 20 dollarlıq əskinasın dizaynının yenilənməsi təklifi ilk dəfə keçmiş prezident Barak Obamanın administrasiyası çıxış edib, amma Donald Trampın administrasiyası dövründə bu məsələ təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi