ABŞ-da rüblük iqtisadi artım proqnozu üstələyib

ABŞ-da rüblük iqtisadi artım proqnozu üstələyib "Report": Dolların möhkəmlənməsi davam edəcək
Maliyyə
28 Oktyabr , 2016 17:11
ABŞ-da rüblük iqtisadi artım proqnozu üstələyib

Bakı. 28 oktyabr. REPORT.AZ/ Bu ilin III rübündə ABŞ iqtisadiyyatı faktiki olaraq 2,9% artıb. 

"Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, analitiklər iqtisadi artımın 2,5% təşkil edəcəyini ehtimal edirdilər. 

Qeyd edək ki, II rübdə ABŞ-da iqtisadi artım 1,4% olub. 

"Report"un analitik qrupu hesab edir ki, iqtisadi artımın sürətlənməsi Federal Ehtiyat Sisteminin (FES) dekabr ayında uçot dərəcəsini artırması üçün əsas səbəb hesab oluna bilər: "Göstəricinin açıqlanmasından sonra analitik qrup olaraq dolların məzənnəsinin möhkəmlənməsini gözləyirik".

Son xəbərlər

Orphus sistemi