ABŞ-da qiymət artımı 30 illik rekordu yeniləyib

ABŞ-da qiymət artımı 30 illik rekordu yeniləyib Son 1 ildə ABŞ-da qiymətlər orta hesabla 6,8% artıb. Bu isə ölkədə illik inflyasiyanın 1982-ci ildən bəri rekord həddə çatmasıdır.
Maliyyə
105
22 Dekabr , 2021 13:38
ABŞ-da qiymət artımı 30 illik rekordu yeniləyib

Son 1 ildə ABŞ-da qiymətlər orta hesabla 6,8% artıb. Bu isə ölkədə illik inflyasiyanın 1982-ci ildən bəri rekord həddə çatmasıdır.

“Report”un yerli bürosu xəbər verir ki, Milad bayramı ərəfəsində bayram alış-verişinə başlayan amerikalılar istehlak qiymətlərinin artdığından şikayətlənirlər.

Yerli media da ABŞ-da kəskin bahalaşmanın olduğundan yazır. Belə ki, məhsulların topdansatış qiymətlərinin orta hesabla 1,2%, xidmətlərin qiymətlərinin isə 0,7% artması pərakəndə satış qiymətlərinin də artmasına əsas səbəb olub. Xüsusilə bu ilin noyabr atında qiymətlər ötən ilin eyni dövrü ilə müqayisədə rekord həddə - 9,6% artıb.

O cümlədən oktyabrda 0,3% ucuzlaşan ərzaq noyabrda 1,2% bahalaşıb, oktyabrda 5,3% artan enerji qiymətlərində isə noyabrda da 2,6% artım müşahidə olunub. Ərzaq və enerji qiymətləri nəzərə alınmadan hesablnanan baza inflyasiyası isə noyabrda 0,8%, son 1 ildə isə 9,5% təşkil edib.

"The Times" qəzeti iqtisadçı-ekspertlərə istinadən yazır ki, mövcud vəziyyətdən çıxış yolu ABŞ-ın Federal Rezers Sisteminin (FED) uçot dərəcəsini təxminən 3 dəfə artırması ola bilər və gələn il çox güman ki, buna gediləcək. Həmçinin qeyd olunur ki, kornavirusun (COVİD-19) yeni "Omikron" variantı təchizat zəncirinə mənfi təsir edərək istehsal müəssisələrinin bağlanmasına səbəb olarsa, yüksək inflyasiya uzun müddət davam edə bilər.

Son xəbərlər

Orphus sistemi