ABŞ-da işsizlik müavinəti müraciətlərinin sayı 43 illik minimuma enib

ABŞ-da işsizlik müavinəti müraciətlərinin sayı 43 illik minimuma enib FES-in uçot dərəcəsini artırması ehtimalı güclənir
Maliyyə
13 Oktyabr , 2016 17:29
ABŞ-da işsizlik müavinəti müraciətlərinin sayı 43 illik minimuma enib

Bakı. 13 oktyabr. REPORT.AZ/ ABŞ-da 24 sentyabr-1 oktyabr hesabat həftəsində işsizlik müavinəti üçün müraciətlərin sayı 246 min təşkil edib ki, bu da son 43 ilin minimal həddi sayılır. "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Əmək Nazirliyi məlumat yayıb. 

"Bloomberg"in apardığı sorğuya görə, işsizlik müavinəti müraciətlərinin 253 min nəfər olacağı gözlənilirdi.

Bu göstərici onu göstərir ki, ABŞ-da biznes fəallığı intensiv inkişaf etməkdə davam edir. Qeyd edək ki, son 84 həftədə işsizlik müavinəti müraciətlərinin sayı 300 min, son 15 həftədə isə 270 min nəfərdən çox deyil.

Xatırldaq ki, işsizlik müavinəti müraciətlərinin azalması Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini artırması üçün əsas göstəricilərdən biri hesab olunur.

Son xəbərlər

Orphus sistemi