ABŞ hökumətinin büdcə kəsiri 47% azalıb

ABŞ hökumətinin büdcə kəsiri 47% azalıb ABŞ federal hökumətinin gəlirləri illik müqayisədə 124,3%, xərcləri isə 68,7% artıb
Maliyyə
13 Avqust , 2020 11:57
ABŞ hökumətinin büdcə kəsiri 47% azalıb
0 : 00
0 : 00

Bu ilin iyul ayında ABŞ federal hökumətinin büdcə kəsiri ötən ilin eyni dövrü ilə müqayisədə 47,3% azalaraq 63 milyard ABŞ dollara enib.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə hökumətin gəlirləri illik müqayisədə 124,3% artaraq 563 milyard ABŞ dollara, xərcləri isə 68,7% artaraq 626 milyard ABŞ dollara çatıb.

Qeyd edək ki, 1 oktyabr 2019-cu ildən 30 sentyabr 2020-ci ili əhatə edən 2020-ci maliyyə ilinin 10 ayında ölkədə ümumi büdcə kəsiri 2,8 trilyon ABŞ dollara (təxminən 3,2 dəfə çox) çatıb. Belə ki, ötən ilin eyni dövründə bu göstərici 866,8 milyard ABŞ dolları səviyyəsində idi.

Bu ilin ilk 10 ayında hökumətin xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 51,3% artaraq 5,6 trilyon ABŞ dolları, gəlirləri isə 1,3% azalaraq 2,8 trilyon ABŞ dolları olub.

Son xəbərlər

Orphus sistemi