Bakı. 6 oktyabr. REPORT.AZ/ ABŞ-ın əsas fond indeksi - "Dow-Jones" dünən 0,5% artaraq 22 775,4 bəndə çatıb və günü növbəti rekord səviyyədə tamamlayıb.
"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bununla da indeks ardıcıl 6 gün rekord səviyyəsini yeniləyib.
Həmçinin, "S&P 500" indeksi 0,56% artaraq 2 552,1 bəndə çatıb və son 4 ildə ilk dəfə ardıcıl 8 gün artıb. "S&P 500" son 20 ildə ilk dəfə 6 gün ardıcıl rekord səviyyədə tamamlanıb.
Analitiklər indekslərin rekord səviyyələrə qədər yüksəlməsini ABŞ Prezidenti Donald Trampın vergi islahatlarından gözləntilərlə əlaqələndiriblər.