ABŞ banklarına Şimali Koreyada hesab açmaq qadağan olunub

ABŞ banklarına Şimali Koreyada hesab açmaq qadağan olunub Buna səbəb rəsmi Pxenyana qarşı tətbiq edilmiş yeni sanksiyalardır
Maliyyə
5 Noyabr , 2016 11:19
ABŞ banklarına Şimali Koreyada hesab açmaq qadağan olunub

Bakı. 5 noyabr. REPORT.AZ/ ABŞ rəhbərliyi ölkə banklarına Şimali Koreyada müxbir hesabı açmağı qadağan edib. "Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, buna səbəb ABŞ-ın Maliyyə Nazirliyinin rəsmi Pxenyana qarşı tətbiq etdiyi yeni sanksiyalardır.

Qurumun açıqlamasında bildirilir ki, Amerikanın maliyyə institutları Şimali Koreya banklarında açılmış müxbir hesablarının dəstəklənməsini dayandırmalı, eləcə də həmin ölkənin maliyyə institutlarının ABŞ banklarına müxbir hesablarına birbaşa çıxış əldə etməməsi üçün audit tədbirləri görməlidirlər.

ABŞ-ın terrorçuluq və maliyyə kəşfiyyatı üzrə maliyyə naziri Adam Şubin deyib ki, Şimali Koreya hakimiyyəti qanunsuz maliyyə tranzaksiyaları həyata keçirmək məqsədilə hələ də bir sıra saxta şirkətlər və agentlərin xidmətindən istifadə edir.

Son xəbərlər

Orphus sistemi