ABB "Visa" kartlarının sahibləri üçün güzəştlər təklif edir

ABB "Visa" kartlarının sahibləri üçün güzəştlər təklif edir "Visa" ödəniş kartlarının müxtəlif növlərini Beynəlxalq Bankın bütün filial və şöbələrində əldə etmək mümkündür
Maliyyə
29 Dekabr , 2016 16:35
ABB Visa kartlarının sahibləri üçün güzəştlər təklif edir

Bakı. 29 dekabr. REPORT.AZ/ “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin "Visa" ödəniş kartlarının sahiblərini Dubay Şopinq Festivalında inanılmaz fürsətlər gözləyir. Bu barədə “Report”a Bankın mətbuat xidmətindən məlumat verilib.

Məliumatda deyilir ki, ilk növbədə, festival müddətində "JumeirahTH" hotellərində qalan müştərilər bu kartlarla 25% endirim qazanacaqlar. Təklif 1-28 yanvar tarixləri ərzində "Visa" kartları ilə ödəniş şərtilə keçərlidir (ətraflı - www.jumeirah.com/en/offers/visaoffers/visawinter).

Dubay Şopinq Festivalı müddətində (26.12.2016-28.01.2017) "Visa" hər zövqə uyğun cəlbedici təkliflərin təmin olunmasından ötrü məşhur brendlərlə də əməkdaşlıq edir. Bura avtomobil, elektronika, zərgərlik məmulatlarından əyləncə və gündəlik məişət ehtiyaclarına qədər bir çox məhsul və xidmətlər daxildir. "Visa" ödəniş kartları ilə bunlardan da müəyyən güzəştlərlə istifadə etmək olar. Müştərilər festival zamanı "Visa" kartlarının üstünlüklərindən faydalanmaq üçün www.visamiddleeast.com/dsf saytında qeydiyyatdan keçməlidirlər.

"Visa" ödəniş kartlarının müxtəlif növlərini Azərbaycan Beynəlxalq Bankının bütün filial və şöbələrində əldə etmək mümkündür.

36 filiala və 40 şöbəyə malik olan Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı müştərilər www.ibar.az internet səhifəsindən, filial və şöbələrdən, yaxud (012) 937 və *8937 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərlər.

Son xəbərlər

Orphus sistemi