"Azərbaycan Beynəlxalq Bankı" uzun fasilədən sonra səhmdarlarına dividend ödəməyə qərar verib - EKSKLÜZİV

"Azərbaycan Beynəlxalq Bankı" uzun fasilədən sonra səhmdarlarına dividend ödəməyə qərar verib - EKSKLÜZİV Bu gün Azərbaycan Beynəlxalq Bankı ASC-nin (ABB) səhmdarlarının ümumi yığıncağı keçirilib.
Maliyyə
11 Oktyabr , 2019 17:13
Azərbaycan Beynəlxalq Bankı uzun fasilədən sonra səhmdarlarına dividend ödəməyə qərar verib - EKSKLÜZİV

Bu gün "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) səhmdarlarının ümumi yığıncağı keçirilib.

"Report" xəbər verir ki, yığıncaqda Bankın səhmdarlarına, təxminən, 10 illik fasilədən sonra dividend ödəməyə qərar verilib. 

Dividendin məbləği kredit təşkilatının səhmlərinin nominal dəyərinin (0,27 manat) 12,1%-i qədər müəyyən edilib. Yəni, hər səhm üzrə 0,0326 manat olmaqla səhmdarlara ötən ilin mənfəətindən 150 milyon manat dividendin ödənilməsinə qərar verilib. 

Qeyd edilib ki, həyata keçirilən sağlamlaşdırma tədbirləri nəticəsində son illərdə bankın kapital mövqeyi, maliyyə dayanıqlığı, mənfəətliliyi təmin edilib və mənfəətlə çalışan bank olaraq ABB hazırda öz səhmdarlarına dividend ödəmək imkanındadır. 

Bundan başqa, səhmdarlar Bankın 300 min manat nizamnamə kapitalına malik olacaq törəmə investisiya şırkətinin yaradılmasına qərar veriblər.   

İclasda Azərbaycan Beynəlxalq Bankının 2019-cu ilin 9 ayı üzrə maliyyə nəticələri də açıqlanıb. Eyni zamanda, bankın səhmdarlarının ümumi yığıncağının əsasnaməsi təsdiq edilib. 

Son xəbərlər

Orphus sistemi