ABB-nin öhdəliklərinin restrukturizasiyası planının qəbul edilmə ehtimalı yüksəkdir

ABB-nin öhdəliklərinin restrukturizasiyası planının qəbul edilmə ehtimalı yüksəkdir Xalid Əhədov: "Gözləntilərimiz müsbətdir, prosesin uğurla yekunlaşacağını gözləyirik"
Maliyyə
21 İyun , 2017 12:28
ABB-nin öhdəliklərinin restrukturizasiyası planının qəbul edilmə ehtimalı yüksəkdir

Bakı. 21 iyun. REPORT.AZ/ “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) xarici öhdəliklərinin restrukturizasiya edilməsi şərtləri Bankın borclu olduğu Qazaxıstan Pensiya Fonduna da eyni qaydada şamil ediləcək.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABB-nin İdarə Heyətinin sədri Xalid Əhədov deyib.

“Kreditorlar ABŞ-Böyük Britaniya qanunvericiliyi əsasında fəaliyyət göstərir və hamıya eyni qaydada yanaşılır”, - deyə o, qeyd edib.

X.Əhədov onu da deyib ki, ABB-nin öhdəliklərinin restrukturizasiyası planının qəbul edilmə ehtimalı yüksəkdir: "Gözləntilərimiz müsbətdir, prosesin uğurla yekunlaşacağını gözləyirik".

Son xəbərlər

Orphus sistemi