ABB-nin elektron şöbəsi açılıb

ABB-nin elektron şöbəsi açılıb Yeni şöbə "Əla - ən lazımlı anda" brendi altında fəaliyyət göstərir
Maliyyə
6 Oktyabr , 2016 12:00
ABB-nin elektron şöbəsi açılıb

Bakı. 6 oktyabr. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankı ASC (ABB) Bakı şəhərində elektron şöbəsini istifadəyə verib.

"Report" xəbər verir ki, yeni şöbə "Əla - ən lazımlı anda" brendi altında fəaliyyət göstərir.

Şöbə Tərlan Əliyarbəyov küçəsi, 9 ünvanında yerləşir. 

Burada müştərilər lazımi avadanlıqlarla ABB-nin əməkdaşları ilə əlaqə saxlayıb bank əməliyyatları həyata keçirə bilərlər. Həmçinin bu şöbədə 6 il istifadə müddəti olan "Əla" plastik kartları da müştərilərə təqdim olunur. 

"Bu gün bu əlmatik avadanlığı ilə yalnız "Əla" plastik kartını veririk, amma gələcəkdə bankın digər kartlarını da müştərilərə təqdim etməyi düşünürük", - deyə ABB-nin "Əla" konsepsiyasının təqdimatında çıxış esən Bankın İdarə Heyətinin sədr müavini Elmir Həbibullayev bildirib.

Onun sözlərinə görə, "Əla" layihəsi çərçivəsində 9 müxtəlif xidmət təklif edilir: "Bu, "Əla kart", "Əla köçürmə", "Əla kredit", "Əla xətt", "Əla şöbə", "Əla çatdırılma", "Əla depozit", "Əlac krediti", "ƏLAvə (mobil tətbiq)" xidmətləridir".

Bank rəsmisi onu da deyib ki, hazırda ABB-nin "Əla kart"ını Səbail filialından almaq olar.

Son xəbərlər

Orphus sistemi