"ABB-Moskva" yeni kredit cəlb edib

"ABB-Moskva" yeni kredit cəlb edib Cəlb olunan kreditin müddəti sonradan uzadıla bilər
Maliyyə
1078
18 Noyabr , 2014 12:16
ABB-Moskva yeni kredit cəlb edib
Bakı. 18 noyabr. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankının (ABB) Rusiyada törəmə bankı olan “ABB-Moskva” bir il müddətinə 54 mln. ABŞ dolları həcmində sindikatlaşdırılmış kredit cəlb edib. Bu barədə "Report"a ABB-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, cəlb olunan kreditin müddəti sonradan uzadıla bilər. Bu müqavilədə zəmanətçi kimi “ABB-Moskva”nın səhmdarı olan ABB, müvəkkili qismində “Novikombank” QSC çıxış edir.

Eyni zamanda, “MSP Bank” ASC, “Bank Zenit” ASC, “RosEvroBank” və “Baltikums Bank” da müvəkkil təşkilatlar kimi seçilib.

Xatırladaq ki, bu sənəd “Novikombank” ilə “ABB-Moskva” arasında imzalanmış 4-cü razılaşmadır.

Son xəbərlər

Orphus sistemi