“ABB-İnvest İnvestisiya Şirkəti” nizamnamə kapitalını kəskin artırır

“ABB-İnvest İnvestisiya Şirkəti” nizamnamə kapitalını kəskin artırır Maliyyə qurumu kapitalını 2,7 milyon manat və yaxud 10 dəfə artıraraq 300 min manatdan 3 milyon manata çatdırmağı planlaşdırır
Maliyyə
102
16 May , 2021 11:22
“ABB-İnvest İnvestisiya Şirkəti” nizamnamə kapitalını kəskin artırır

“ABB-İnvest İnvestisiya Şirkəti” QSC nizamnamə kapitalını 2,7 milyon manat və yaxud 10 dəfə artıraraq 300 min manatdan 3 milyon manata çatdırmağı planlaşdırır.

"Report"un məlumatına görə, kapital artımı maliyyə qurununun dövriyyədə olan 300 ədəd səhminin nominal dəyərinin 1 000 manatdan 10 000 manata çatdırılması hesabına baş tutacaq.

"ABB-İnvest"in direktoru Nadir Babazadə bildirib: “Səhmdarların qərarına əsasən, investisiya şirkətinin nizamnamə kapitalının 3 milyon manata çatdırılması qərara alınıb. Strateji hədəflərin yerinə yetirilməsi yolunda atılan addımlardan biri kimi kapital artımı prosesi bitmək üzrədir. Bu və digər layihələrimizlə bağlı məlumatlar mütəmadi şəkildə ictimaiyyətə təqdim ediləcək”.

Direktor həmçinin deyib ki, investisiya şirkətinin 2020-ci ilin cəmi bir neçə ayı ərzində fəaliyyəti olsa da, ötən ilin maliyyə yekunları ilə bağlı hesabat təqdim edəcək: “Hazırda maliyyə hesabatımız üzərində iş gedir”.

Xatırladaq ki, “ABB-İnvest”i ötən ilin iyun ayında “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) yaradıb, investisiya şirkəti oktyabr ayında Azərbaycan Mərkəzi Bankından lisenziya alıb.

Son xəbərlər

Orphus sistemi