Azərbaycan Mərkəzi Bankı (AMB) "ABB-İnvest İnvestisiya Şirkəti" ASC-nin vəzifəli şəxsini cərimə edib.
"Report" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, qurumun apardığı kompleks yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci və 598.1.2-ci maddələrinə müvafiq olaraq investisiya şirkətinin vəzifəli şəxsi AMB-nin təqdimatı əsasında Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 2 min manat cərimələnib.